Dana Uayt: Ferqyuson Qetji ilə döyüşdən sonra çıxışlarına fasilə verməlidir
Amerikalı döyüşçü Toni Ferqyuson həmyerlisi Castin Qetjiyə qarşı dueldə uduzduqdan sonra yenidən meydana çıxmasına qısa fasilə verməlidir.

“Azsport.az” saytı xəbər verir ki, bu barədə UFC rəhbəri Dana Uayt xarici KİV-lərə müsahbəsində bildirib.

Mayın 10-na keçən gecə, ABŞ-ın Florida ştatında UFC 249 turniri çərçivəsində yüngül çəkidə müvəqqəti çempionluq titulu uğrunda təşkil edilən döyüşdə T.Ferqyuson ciddi zədə alıb. Xatırladaq ki, o, həmin döyüşdə C. Qetjiyə texniki nokautla məğlub olub. Döyüşdən sonra xəstəxanaya yerləşdirilən idmancının göz ətrafında sümük sınığı aşkarlanıb və o, əməliyyat olunub.

Qeyd edək ki, Castin Qetji yüngül çəkidə kəmər uğrunda rusiyalı Həbib Nurməhəmmədovla döyüşəcək.

Bəsti Sabirqızı

Xəbər 477 dəfə oxundu.