Çoxgünlük “Tur Britaniya” veloyürüşü ləğv olunub
Sentyabrın 6-13-də keçirilməsi nəzərdə tutulan velosiped idmanının şose növü üzrə çoxgünlük “Tur Britaniya” yürüşü ləğv olunub.

Koronavirus pandemiyasına görə ləğv olunan yarışın gələn il sentyabrın 5-dən 12-dək keçirilməsi nəzərdə tutulub.

Cari ildə ilk dəfə yarışın marşrutu Kornoulldan keçərək Aberdində yekunlaşmalı idi. 2021-ci ildə də yarışın eyni marşrut üzrə təşkili planlaşdırılır.


Xəbər 483 dəfə oxundu.