AIBA-nın növbəti iclası dekabrda təşkil olunacaq
Beynəlxalq Boks Assosiasiyasının (AIBA) növbəti iclası dekabrın 12-13-də keçiriləcək.

Tarix qurumun İcraiyyə Komitəsinin üzvlərinin elektron səsverməsi ilə təyin olunub.İclasda assosiasiyaya yeni prezident seçiləcək və qurumun yeni nizamnaməsi qəbul ediləcək.

AIBA təkcə təşkilatın nizamnaməsini deyil, həm də yarışın formatını və təqvimini dəyişdirmək üçün fəal işləyir.
Daha əvvəl qurumun fövqəladə iclası iyunun 20-nə nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən ləğv olunmuşdu.

Qeyd edək ki, ötən ilin martında özbəkistanlı sahibkar Qafur Rəhimov AIBA rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.

Xəbər 523 dəfə oxundu.