Avropa Voleybol Konfederasiyasının Baş Assambleyası oktyabrda keçiriləcək
Avropa Voleybol Konfederasiyasının (CEV) oktyabrın 16-na təxirə salınan Baş Assambleyası çərçivəsində seçkilər keçiriləcək.

Seçkilərdə 2020-2024-cü illər üçün quruma rəhbərlik edəcək prezident, həmçinin İnzibati Şura və müxtəlif komissiyaların tərkibi seçiləcək.

CEV-in prezidenti vəzifəsinə iki namizəd var. Bunlar indiki rəhbər serbiyalı Aleksandar Boriçiç və estoniyalı Hanno Perkurdur.

Xəbər 525 dəfə oxundu.