Tomas Bax: Tokio Olimpiadasının bütün iştirakçılar üçün təhlükəsiz keçəcəyinə tam əminik
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarını təhlükəsiz şəkildə keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə işləyir.

Bu barədə BOK prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.
O qeyd edib ki, BOK oyunların Təşkilat Komitəsi, Yaponiya hakimiyyəti ilə birgə həmrəyik şəraitində işləyir.

T.Bax Tokio Olimpiadasının vaxtının gələcəkdə yenidən dəyişdirilməyəcəyini də vurğulayıb: "Biz və Təşkilat Komitəsi vaxtı dəyişdirilən Tokio Yaya Olimpiya Oyunlarının 2021-ci ilin yayında başlayacağına və bütün iştirakçılar üçün təhlükəsiz keçəcəyinə tam əminik”.

Xəbər 507 dəfə oxundu.