“Ərzurumspor” futbol klubunda 11 nəfər koronavirusa yoluxub
Türkiyənin “Ərzurumspor” futbol komandalarının üzvlərində və xidmət heyətində yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

Test zamanı komandanın 4 futbolçusunda və xidmət heyətindən 7 nəfərində virus müəyyən edilib.

Xatırladaq ki, yoxlama zamanı İstanbulun məhşur “Beşiktaş” futbol klubunun da səkkiz üzvündə virus tapılıb.

AZƏRTAC

Xəbər 510 dəfə oxundu.