Sebastyan Fetteli “Ferrari”də Karlos Sayns əvəz edəcək
Formula 1 yarışlarında çıxış edən İtaliyanın “Ferrari” komandasında 2021-ci ildə dördqat dünya çempionu Sebastyan Fetteli Karlos Sayns əvəz edəcək.

25 yaşlı ispaniyalı pilot ilə ikiillik müqavilə imzalanıb.

Ralli üzrə ikiqat dünya çempionu Karlos Sayns Senamorun oğlu gələn il ilk dəfə TOP komanda da çıxış edəcək. 2015-ci ildə Formula 1-də “Toro Rosso” komandasının heyətində debüt edən K.Sayns “Renault”ın şərəfini də qoruyub.

K.Sayns deyib: “Ferrari”yə qoşulduğum üçün çox xoşbəxtəm. Məni “McLaren”in heyətində ciddi bir il gözləyir. Tezliklə çempionatın başlanmasını gözləyirəm. Ümid edirəm ki, “Ferrari” ilə uğurlarımız çox olacaq”.

Xəbər 499 dəfə oxundu.