Maqnus Karlsenin təşkilatçılığı ilə “Lindores Abbey Rapid Challange” turniri keçiriləcək
Hazırkı dünya çempionu Maqnus Karlsen və dünyanın ən yaxşı 11 şahmatçısı “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirində mübarizə aparacaqlar.

Bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. Yarışın mükafat fondu 300 min ABŞ dollarıdır.

Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Aprelin 18-dən mayın 3-dək keçirilən turnirin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub.

Seriyanın üçüncü mərhələsi “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.

Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.
Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.


Xəbər 520 dəfə oxundu.