“Pandemiya dövründə idman siyasətinin təşkili və inkişafı” mövzusunda video-konfrans keçirilib
Bu gün Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, bir sıra idman təşkilatları və məktəblərinin iştirakı ilə “Pandemiya dövründə idman siyasətinin təşkili və inkişafı” mövzusunda video-konfrans keçirilib. Konfransda müxtəlif idman növləri üzrə məşqçi-mütəxəssislər, uşaq-gənclər idman məktəblərinin rəhbərləri və idman müəllimləri iştirak ediblər.

Konfransda Nərimanov rayon Gİİ-nin rəisi Nəcəf Novruzov, “İnkişaf naminə idman” İB-nin sədri Mehman Kərimov, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev və fiziki tərbiyə üzrə məktəb direktorları, məşçi-müəllimlərlə birgə müzakirələr aparıblar.

Konfransın əsas mövzusu uşaq, yeniyetmə və gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələrin aparılması, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.


Xəbər 546 dəfə oxundu.