Futbol üzrə Çin Super Liqasına iyunun 27-də start verilə bilər
Çin Futbol Assosiasiyası (ÇFA) iyunun 27-də ölkə çempionatına start verilməsini təklif edib. Birinci və İkinci liqalar isə iyunun 13-də başlaya bilər.

İki dairəvi turnirdən ibarət olacaq Çin Super Liqasında mübarizə aparacaq komandaların iki qrupa bölünməsi təklif olunub. Daha sonra isə 4 komandanın iştirakı ilə final mərhələsinin təşkili planlaşdırılır.

Həmçinin ÇFA legioner limitini də nəzərdən keçirəcək. Belə ki, koronavirus pandemiyasına görə əcnəbi futbolçuların çoxu Çinə gələ bilməyib.
Çin Super Liqasının sonuncu qalibi “Quançjou Everqrand” komandasıdır.
Qeyd edək ki, Çin Super Liqasına fevralın 22-də start verilməli idi. Koronavirus pandemiyasına görə yarışın startı təxirə salınmışdı.

Xəbər 506 dəfə oxundu.