“Beşiktaş” futbol klubunun 8 üzvünün koronavirus testlərinin nəticələri müsbət çıxıb
İstanbulun “Beşiktaş” futbol klubunun səkkiz üzvünün koronavirus testlərinin nəticələri müsbət çıxıb.

Koronavirus testi ötən gün kluba məxsus Nevzat Demir bazasında aparılıb. Ümumilikdə 100-dək şəxs müayinə edilib.

Koronavirusa yoluxduğu müəyyən edilən şəxslərdən birinin futbolçu, digərlərinin isə idman bazasının əməkdaşları olduqları bildirilib. Klubun prezidenti Ahmet Nur Çebi də “COVID-19” infeksiyasına yoluxub.

Bununla əlaqədar futbolçuların məşqləri dərhal qeyri-müəyyən müddətədək dayandırılıb. Futbolçuların, texniki heyətin və əməkdaşların bir həftə sonra yenidən müayinə ediləcəkləri qeyd olunub.

Xatırladaq ki, ötən həftə klubda aparılan müayinələr nəticəsində iki nəfərin testləri müsbət çıxmışdı.

Xəbər 436 dəfə oxundu.