“Ximki” klubunun rəhbərliyi Avroliqada mövsümün bərpa ediləcəyinə inanmır
Rusiyanın “Ximki” basketbol klubunun rəhbərliyi Avroliqada mövsümün bərpa ediləcəyinə inanmır.

Komandanın baş direktoru Pavel Astaxov Rusiya mətbuatına açıqlamasında liqa rəhbərliyi ilə müntəzəm əlaqə saxladıqlarını söyləyib. Bildirib ki, sərhədlər bağlı olduğuna görə çempionatı bərpa etmək mümkün deyil.

P.Astaxovun fikrincə, hazırda Amerikada olan basketbolçular da Avropa klublarının düşərgələrinə qayıtmaqda çətinlik çəkəcəklər. Avroliqa rəhbərliyi mayın 24-də mövsümün bərpası ilə bağlı yekun qərarını açıqlayacaq.


Xəbər 605 dəfə oxundu.