Altıqat dünya çempionu Luis Hamilton Böyük Britaniyanın ən varlı idmançısıdır
Formula 1 üzrə altıqat dünya çempionu Luis Hamilton Böyük Britaniyanın ən varlı idmançısıdır.

“The Sunday Times” nəşrinin araşdırmasına görə, ötən il britaniyalı pilot 37 milyon funt sterlinq məbləğində gəlir əldə edib. L.Hamiltonun ümumilikdə 224 milyon funt sterlinqlik sərvətə sahib olduğu açıqlanıb.

L.Hamilton ilə yanaşı, siyahıda qolfçu Rori Makilroy da yer alıb. Ötən il 32 milyon funt sterlinq qazanan R.Makiltoyun sərvəti 170 milyon dəyərində qiymətləndirilir.


Xəbər 487 dəfə oxundu.