Paraatletika üzrə dünya çempionatının vaxtı dəyişdirilib
Gələn il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı təxirə salınıb.

Çempionat 2022-ci il avqustun 26-dan sentyabrın 4-dək keçiriləcək.

Dünya çempionatının vaxtı “Tokio-2020” Yay Paralimpiya Oyunlarının koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salındığı üçün dəyişdirilib.

Qeyd edək ki, “Tokio-2020” Yay Paralimpiya Oyunları gələn il avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Xəbər 487 dəfə oxundu.