Beynəlxalq Hokkey Federasiyası Almaniya millisinin rəmzi heyətini açıqlayıb
Beynəlxalq Hokkey Federasiyası bütün dövrlər üçün Almaniya millisinin rəmzi heyətini açıqlayıb.

Heyətdə yer hokkeyçilər dünya çempionatı və Olimpiya Oyunlarında çıxış edən idmançılardır. Belə ki, heyətdə qapıçı Olaf Koltsiq, müdafiəçilər - Uve Krupp, Kristian Erxoff, hücumçular – Erik Kyunhakl, Leon Drayzaytl və Marko Ştrum yer alıblar.

Qeyd edək ki, Almaniya millisi “Pxençxan-2018” Qış Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. XXI əsrdə Almaniya seçməsinin dünya çempionatları tarixində ən yaxşı göstəricisi 2010-cu ildə turnirin yarımfinal mərhələsinə vəsiqə qazanması olub.

Xəbər 481 dəfə oxundu.