Debbi Stam: “Azərreyl”jə məqsədim çempion olmaqdır
“Mən Azərbaycan paytaxtını təmsil edən “Azərreyl”lə 1 illik müqavilə imzalamışam. Bu, böyük planları olan çox peşəkar klubdur”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bunu “Azərreyl”in yeni transferi Debbi Stam deyib.

Yeni mövsümdən Bakı təmsilçisinin şərəfini qoruyacaq Hollandiya millisinin voleybolçusu iddialı danışıb: “Məqsəd növbəti mövsümdə çempion olmaqdır. Buna nail olmaq üçün heyətə çoxlu yaxşı voleybolçular cəlb olunub. Ondan əlavə, komandanın sükanı arxasında güclü italiyalı mütəxəssis gətirilib (Alessandro Çiappini nəzərdə tutulur). Biz komanda üçün inşa edilən yeni idman kompleksində çıxış edəcəyik və orada əla şərait var”.

Stamın sözünə görə, həmyerliləri - Karolina Vensink və Manon Flier də “Azərreyl”ə transfer olunmaları inamlı çıxış üçün əla zəmin yaradacaq: “Fikrimcə, bu çox yaxşıdır. Ötən mövsüm Bakıda oynayan hollandiyalı voleybolçulardan bu ölkə haqda yalnız xoş sözlər eşitmişəm. Mənə elə gəlir ki, Bakı çoxlu gəzməli yerləri olan gözəl şəhərdir. Bu son 2 ildə yaşadığım və çıxış etdiyim Polşanın əyalətindən tam fərqlənir”.

Xəbər 1147 dəfə oxundu.