Dünyanın güclü şahmatçılarının iştirakı ilə Vilhem Steynits memorialı start götürəcək
Mayın 15-17-də FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə onlayn Vilhem Steynits memorialı keçiriləcək.

Həm açıq blits turnirində, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparacaq. Azərbaycanı açıq turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək.

Ş.Məmmədyarovla yanaşı, yarışa koronavirus pandemiyası dövründə onlayn turnirlərin ən fəal iştirakçısı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Aleksandr Qrişuk, Piter Svidler və Daniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyanci Bu, ispaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem də qatılacaqlar.

On səkkiz turdan ibarət turnirin ümumi mükafat fondu 30 min avrodur. Memorial “chess24.com” şahmat platformasında oynanılacaq və birbaşa yayımlanacaq.

Xəbər 485 dəfə oxundu.