Birinci Ümumrusiya Küçə Oyunları təxirə salınıb
İyunda Kazanda keçirilməsi nəzərdə tutulan Birinci Ümumrusiya Küçə Oyunları təxirə salınıb.

Koronavirus pandemiyasına görə yarış sentyabrın 10-14-də təşkil olunacaq.

Yarışın proqramına 11 idman növü – 3x3 basketbol, breykinq, BMX-fristayl, parkur, roller-sport, çir-sport, vorkaut, futbol fristaylı və skeytbordinq daxildir. Həmçinin tekbol və roup-skippinq üzrə nümunəvi yarışlar təşkil olunacaq.

Xəbər 497 dəfə oxundu.