“McLaren” Daniel Rikkardo ilə uzunmüddətli müqavilə imzalayıb
Formula 1 yarışlarında çıxış edən “McLaren” komandası avstraliyalı pilot Daniel Rikkardo ilə uzunmüddətli müqavilə imzalayıb.

Britaniya təmsilçisi cari mövsümün sonunda ispaniyalı sürücüsü Karlos Saynsla yollarını ayıracaq.

“McLaren” D.Rikkardo üçün sonuncu dörd ildə üçüncü komanda olacaq. Belə ki, D.Rikkardo daha öncə HRT, “Toro Rosso” və “Red Bull” komandalarının şərəfini qoruyub. 2018-ci ilin yayında avstraliyalı pilot gözlənilmədən “Renault” komandasına keçmişdi. Pilot ötən mövsümü Fransa komandasının heyətində keçirmişdi.

K.Saynsı “McLaren”də məhz D.Rikkardo əvəzləyəcək. 2021-ci ildə D.Rikkardo Lando Norris ilə birgə “McLaren”in uğurları üçün yarışacaq.

Xəbər 475 dəfə oxundu.