FIFA20 oyunu üzrə ilk rəsmi Azərbaycan çempionatının ikinci liqasına qeydiyyat başlayıb
“Gaming League Azerbaijan” FIFA20 oyunu üzrə ilk Azərbaycan çempionatının ikinci liqasına qeydiyyat prosesinə start verib.

Özünü güclülər sırasında görənlər vaxt itirmədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün “Instagram”dakı @glahub və “Facebook” şəbəkəsindəki “Gaming League Azerbaijan” səhifələrinə daxil olmaq kifayətdir.

“Gaming League Azerbaijan”ın, Azərbaycan Kiberidman Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də “Topaz”ın birgə təşkilatçılığı ilə keçiriləcək liqada ilk üç yerin sahibləri mükafatla yanaşı, FIFA20 1-ci Liqasına vəsiqə əldə edəcəklər.

Mayın 24-də saat 12:00-da start götürəcək seçmə mərhələnin sonunda ən yaxşı nəticə göstərən 20 iştirakçı ikinci liqada iştirak etmək şansı qazanacaq. Oyunlar onlayn qaydada Olimpiya sistemi üzrə keçiriləcək.


Xəbər 503 dəfə oxundu.