“Real” basketbol komandasının üzvləri məşqləri bərpa ediblər
“Real” basketbol komandasının üzvləri məşqləri bərpa ediblər.

Karantin qaydalarına riayət edən basketbolçular bazaya toplaşaraq qruplara bölünüb və müəyyən təmrinləri yerinə yetiriblər.

Koronavirus basketbol klubları arasında ən çox “Real”a zərbə vurmuşdu. Avropada virusa yoluxan ilk basketbolçu Madrid klubunun üzvü Trey Tompkins olmuşdu.

İspaniya Basketbol Federasiyası gələn aydan çempionatı bərpa etməyə hazırlaşır. Bu barədə mayın sonunda qərar qəbul ediləcək.


Xəbər 540 dəfə oxundu.