Mariya Stadnik “Tokio-2020”də rekorda imza ata bilər
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Tokio-2020” Yay Olimpiya Oyunlarında rekorda imza ata bilər.

32 yaşlı idmançı qızıl medal qazansa, buna nail olan ən yaşlı qadın güləşçi adına sahib olacaq.

Hazırkı rekord yaponiyalı dördqat Olimpiya və onqat dünya çempionu Kaori İtyoya məxsusdur. O, “Rio-2016” Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günlüyündə 58 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışdı.


Xəbər 529 dəfə oxundu.