“Qəbələ” klubu cari mövsümdə 500-cü qolunu vurub
Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası səbəbindən dayandırılan 2019-2020-ci il mövsümü “Qəbələ” üçün əlamətdar hadisə ilə yadda qalıb.

“Qırmızı-qaralar” Premyer Liqada 500-cü qolu vurub. Bu, “Zirə” ilə səfər matçına təsadüf edib. Rövlan Muradov tarixi qolun müəllifi olub.

Komandanın ilk qolu isə 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.

Xəbər 490 dəfə oxundu.