Bu gün Almaniyada “Tennis Point Exhibition Series” adlı üçüncü şou xarakterli turnir start götürəcək
Mayın 14-də Almaniyada “Tennis Point Exhibition Series” adlı üçüncü şou xarakterli turnir start götürəcək.

12 tennisçinin iştirak edəcəyi yarışda raketka ustaları iki yarımqrupda mübarzə aparacaqlar.

Yarışda avstraliyalı Ramiz Cunaid, Böyük Britaniya təmsilçisi Yan Xoinski, livanlı Benyamin Hassan, Almaniya tennisçisi Yannik Hanfman və digərləri iştirak edəcəklər.

Qeyd edək ki, birinci turnirin qalibi Y.Hanfman, ikinci yarışın çempionu isə Y.Xoinski olub.

Xəbər 560 dəfə oxundu.