“Zirə” Azərbaycan Premyer Liqasında indiyədək 11 rəqiblə qarşılaşıb
Azərbaycan Premyer Liqasında beşinci mövsümünü keçirən “Zirə” indiyədək 11 rəqiblə qarşılaşıb.

“Qartallar” 4 komanda ilə - “Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Qarabağ”la 19 dəfə üz-üzə gəlib.

“Zirə”nin ən çox qalib gəldiyi rəqib “Sumqayıt”dır – 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də “Gənclik şəhəri” təmsilçisidir. “Qəbələ” və “Keşlə” ilə görüşlərdə isə daha çox – 8 heç-heçə qeydə alınıb.
"Zirə” üçün ən münasib rəqib “Xəzər Lənkəran” olub. “Qartallar” bu rəqiblə keçirdiyi 4 oyunda 4 qələbə qazanıblar.


Xəbər 510 dəfə oxundu.