Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib
Mayın 13-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AIJF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və karantin rejimi dövründə görülən işlər barədə məlumat verib.

Gündəliyə əsasən AİJF üzvlərinin imtiyaz və öhdəlikləri müzakirə olunub. Bildirilib ki, federasiya öz üzvlərinin qaldırdığı məsələlərə gələcəkdə də həssaslıqla yanaşaraq onlara dəstək olacaq. Bununla yanaşı, federasiyanın hər hansı üzvü AİJF mənafeyinə zidd addım atdıqda müvafiq addım atıla bilər.

Daha bir məsələ tanınmış idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd edilməsi barədə olub. Yubiley münasibətilə AİJF-in üzvləri arasında yazı müsabiqəsinin elan olunması qərara alınıb. Müsabiqənin şərtləri tezliklə açıqlanacaq.

İclasda AİJF tədbirlərinin işıqlandırılması, tanınmış idman jurnalistlərinin doğum və anım günlərinin qeyd edilməsi məsələləri də müzakirə olunub.

Xəbər 609 dəfə oxundu.