Sloveniya Avroliqanın final mərhələsinə ev sahibliyi etmək istəyi
Mövsüm bərpa edilsə, Sloveniyanın paytaxtı Lyublyana basketbol üzrə Avroliqanın final mərhələsinə ev sahibliyi etmək istəyir.

Bu barədə ölkə mətbuatı məlumat yayıb. Sloveniya hökuməti məsələ ilə əlaqədar kampaniya təşkil etmək niyyətindədir.

Xatırladaq ki, Serbiya da turnirin final mərhələsini Belqradda keçirməyə hazır olduğunu bildirib. Bununla bağlı hətta ölkənin prezidenti Aleksandr Vuçiç də çıxış edib.

Avroliqa rəhbərliyi isə Afina və Kaunas variantlarını müzakirə edir.


Xəbər 457 dəfə oxundu.