Olimpiya mükafatçısı Yaponiyada kuryer kimi işə başlayıb
“London-2012” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, yaponiyalı qılıncoynadan Ryo Miyiki yeməklərin çatdırılması üzrə kuryer kimi işə başlayıb.

R.Miyiki bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasından sonra qəbul edib. İdmançı Yaponiyada məşhur şirkətlə müqavilə imzalayıb.

R.Miyiki bu barədə deyib: “Mən bu addımı iki səbəbdən atdım. Birincisi, pul qazanmaq, digəri isə fiziki formada qalmaq. Tokionun rayonlarına sifariş aldıqda, bu, mənim üçün əsl məşq olur”.


Xəbər 443 dəfə oxundu.