Su idman növləri üzrə Avropa çempionatı növbəti dəfə təxirə salına bilər
Avropa Üzgüçülük Liqası su idman növləri üzrə qitə çempionatını yenidən təxirə salmağı planlaşdırır.

Bunu Ümumdünya Üzgüçülük Federasiyasının prezidenti Vladimir Salnikov açıqlayıb.

Bildirib ki, Budapeştdə keçirilməsi planlaşdırılan çempionat koronavirus pandemiyası üzündən başqa vaxta keçiriləcək. Öncədən mayın 11-24-də baş tutmalı olan çempionat avqustun 17-30-na planlaşdırılsa da, yarışın təşkil edilməsi bu tarixdə də mümkün olmayacaq.

Xəbər 624 dəfə oxundu.