Las-Veqasda 30 küçəyə “Qolden Nayts” klubunun hokkeyçilərinin adları veriləcək
Las-Veqasda 30 küçəyə “Qolden Nayts” klubunun hokkeyçilərinin adları veriləcək.

Bu qərar komandanın Milli Hokkey Liqasının 2017-2018-ci il mövsümündəki uğurlu debütünə görə qəbul edilib. Komanda Qərb konfederasiyasının qalibi olub və Stenli kuboku yarışlarının finalında “Vaşinqton”a uduzub.

Şəhərin mərkəzi küçəsi isə klubun şərəfinə Qolden Nayts Vey adlandırılacaq. Digər küçələr isə oyunçular Mark-Andre Fleri, Rayan Rivs, komandanın meneceri Corc Makfi, baş məşqçi Jerar Qallan və digərlərinin adlarını daşıyacaq. Klubdan yalnız oyunçular Ceyms Nil və Vadim Şipaçevin, komandanın rəhbəri Bill Folinin adları küçələrə verilməyəcək.

Xəbər 486 dəfə oxundu.