Avroliqa son 10 illiyin ən yaxşı basketbolçularını müəyyənləşdirib
Avroliqa son 10 illiyin ən yaxşı basketbolçularını müəyyənləşdirib.

Bir neçə gün əvvəl adı ictimaiyyətə elan edilən 9 basketbolçunun sırasına “Olimpiakos”un oyun qurucusu Vassilis Spanulis da əlavə edilib. Klubun heyətində son 10 ildə iki dəfə Avroliqanın qalibi olan təcrübəli müdafiəçi bu müddət ərzində 6 dəfə yarışın rəmzi heyətinə də daxil edilib.

Xatırladaq ki, V.Spanulisə qədər Serxio Lyull, Nando De Kolo, Karl Hayns, Luka Donçiç, Miloş Teodosiç, Georgios Printezis, Boqdan Boqdanoviç, Xuan Karlos Navarro və Dimitris Diamantidisin adı bu siyahıya salınmışdı.


Xəbər 532 dəfə oxundu.