Formula 1 şirkəti azarkeşlərini təbrik edib
Yetmiş il əvvəl - 1950-ci il mayın 13-də Silverstounda Formula 1 üzrə birinci Qran-Pri təşkil olunub. Formula 1 şirkəti 70 illik yubiley ilə bağlı xüsusi videoçarx hazırlayıb və azarkeşləri təbrik edib.

Videoçarx Formula 1-in rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Silverstounda təşkil olunan birinci yürüşdə 21 pilot birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi “Alfa Romeo” komandasının pilotu Cüzeppe Farina olub. Podiumda C.Farina ilə yanaşı, Luici Facioli və Rec Parnell yer alıblar.


Xəbər 493 dəfə oxundu.