Formula 1 yarışları – 70 il
Yetmiş il əvvəl - 1950-ci il mayın 13-də Silverstounda Formula 1 üzrə birinci Qran-Pri təşkil olunub.

Hələ İkinci Dünya müharibəsindən əvvəl milli avtomobil federasiyaları yeni formatda avtoidman yarışının təşkilini təklif etmişdilər. Müharibə yeni yarışın təşkilinə mane olsa da, 1949-cu ildə Beynəlxalq Avtomobil Federasiyası bir il sonra Formula A yarışlarının keçiriləcəyini açıqlamışdı.

Beləliklə, birinci Qran-Pri mayın 13-də Londonun şimal-qərbində yerləşən Silverstoundakı hərbi aerodromda baş tutub. Daha sonra Formula 1 adlandırılan yürüş hazırda dünyada çox populyar yarışlardan biridir.

Yarışı izləyənlər arasında Kral IV Georq, şahzadə Yelizaveta və digər məşhur simalar da yer alıblar.

Birinci Qran-Prinin qalibi isə İtaliyanın “Alfa Romeo” komandasının pilotu Cüzeppe Farina olub.

Azərbaycan 2016-cı ildən Formula 1 Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi edir.

AZƏRTAC

Xəbər 493 dəfə oxundu.