Van Persi üçün kimlər gözdən çıxarıldı!
London «Arsenal»ının niderandlı ulduzu Robin Van Persi komandasının qitə çempionatındakı oyuna rəğmən «Mançester Sit»nin gündəmindən düşmür. Adı «Yuventus» və «Barselona» ilə də xatırlanan qolçu isə qərarını qitə çempionatından sonra verəcəyini deyir.

İngilis mətbuatının yazdığına görə, «Mançester Siti»nin baş məşqçisi Roberto Mançini Van Persi üçün bütöv bir qolçu ordusunu gözdən çıxartdı. Serxio Aquero ilə yanaşı, italiyalı mütəxəssis Van Persi üçün Emmanuel Adebayor, Edin Zeko, Karlos Teves və Roke Santa Kruza da qapını göstərəcək.

İdman.com.az saytının məlumatına görə, bosniyalı qolçu Edin Zekonun «Bavariya»ya transfer olunması gözlənilərkən, Adebayorun da gələcək olan təkliflərə isti baxdığı bildirilir.
Mario Balotelli ilə yeni mövsümdə də yolunu davam etdirmək istəyən Mançininin əlində Niderlandda «Feyenoord» formasıyla əla bir mövsüm keçirən Con Quidetti də var.

Bütün deyilənlərə rəğmən, Van Persinin atası oğlunun «Yuventus»a keçidini gözləyirdi: «Oğlum «Mançester Siti»yə əsla getməz. Premyer Liqada «Arsenal»dan başqa klubda oynamaq istəyəcəyini sanmıram. «Barcelona»ya da getməyəcək, çünki onlar Messiyə sahibdilər. «Real» bəlkə yaxşı bir seçim ola bilər, lakin onlarda da çox ulduz var və Robinin oraya da uyğun olduğunu düşünmürəm».

«Yuventus»dan gələn xəbərlərdə də turinlilərin Van Persini almağa israrlı olduqları və bunun üçün Nilerlandın Avro-2012 macərasının bitməsini gözlədikləri qeyd olunur.

Xəbər 1298 dəfə oxundu.