Voleybol üzrə Türkiyə çempionatlarının nəticələri ləğv olunub
Yarımçıq dayandırılan qadın və kişi voleybolçulardan ibarət Türkiyə çempionatlarının oyunları bərpa edilməyəcək.

Pandemiyaya görə mövsümü davam etdirməyin mümkün olmadığını bildirən Türkiyə Voleybol Federasiyasının (TVF) prezidenti Mehmet Akif Üstündağ çempionatların qaliblərinin də müəyyənləşmədiyini vurğulayıb.

“Sonuncu pillələri tutan komandalar liqanı tərk etməyəcək. Birinci Liqanın final mərhələsində yer alan 4 komanda əsas liqaya vəsiqə qazanacaq. Növbəti mövsüm ölkə çempionatlarında 16 komanda birincilik uğrunda mübarizə aparacaq”, - deyə TVF rəsmisi əlavə edib.

Xəbər 511 dəfə oxundu.