XIX Aralıq dənizi Oyunları təxirə salınıb
2021-ci ildə Əlcəzairin Oran şəhərində keçirilməsi nəzərdə tutulan XIX Aralıq dənizi Oyunları təxirə salınıb.

Əlcəzair İdman Nazirliyinin açıqlamasında turnirin 2022-ci ildə təşkil olunması barədə qərarın qəbul olunduğu qeyd edilib.Asiya, Avropa və Afrikadan olan idmançıları mübarizə apardıqları yarışın 17-cisi 2013-cü ildə Türkiyənin Mersin şəhərində baş tutub. Sonuncu yarışa 2018-ci ildə İspaniyanın Tarraqona şəhəri ev sahibliyi edib.Oyunların proqramına 30-dan çox idman növü daxildir.

Qeyd edək ki, cari ildə keçirilməsi planlaşdırılan “Tokio-2020” Yay Olimpiya Oyunları da 2021-ci ilə təxirə salınıb.

Xəbər 1130 dəfə oxundu.