Basketbol üzrə dünya kubokunda 32 komanda mübarizə aparacaq
Kişilər arasında basketbol üzrə dünya kuboku 2023-cü il avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək.

Bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.

Tarixdə ilk dəfə müvafiq yarışın oyunları bir neçə ölkədə keçiriləcək. Komandalar İndoneziya, Yaponiya və Filippində qüvvələrini sınayacaqlar. Turnirin final mərhələsi Filippinin paytaxtı Manilada təşkil olunacaq. Çempionatda 32 komanda mübarizə aparacaq.

Xatırladaq ki, basketbol üzrə dünya birinciliyi 1950-ci ildən bəri keçirilir.

Xəbər 529 dəfə oxundu.