Avro-2012 qolları Mancukiçə «Barsa»nı elçi saldı
Avro-2012-də Xorvatiya yığmasında göstərdiyi uğurlu oyunla və vurduğu qollarla diqqətləri özünə çəkən Mario Mancukiçə, gözlənildiyi kimi, transfer təklifləri üst-üstə gəlir. İdman.com.az saytı xəbər verir ki, bir müddət öncə İngiltərə Premyer Liqasından «Liverpul»la bağlı adı hallanan Mario Mancukiç üçün, bu dəfə də «Barselona» araya girdi.

İspaniyanın «Marca» qəzetinin yazdığına görə, «narıncılar»ın baş məşqçisi Tito Vilanova Mancukiçi izləmək üçün Polşaya texniki heyətdən bir nəfər göndərib. Bu gün baş tutacaq Xorvatiya - İspaniya matçını yaxından izləyəcək olan həmin şəxs görüşün ardından hazırladığı hesabatı masaya qoymalıdı və bundan sonra transferin vaxtı üçün dəqiq qərar veriləcək.

«Barselona»dan savayı «Bavariya»sı da Mancukiçi yaxından izləməyə davam edir. Münhenlilərin baş məşqçisi Heynkes də xorvatiyalını komandasında görməyə maraqlıdı. Ancaq o, hələ tələsmək fikrində deyil: «Transfer üçün danışmaq hələ erkən ola bilər. Mancukiç böyük işlər bacarır. Ancaq bu anda başqa bir komandayla müqaviləsi var».

Xəbər 1105 dəfə oxundu.