Futzal üzrə dünya çempionatının vaxtında dəyişiklik olmayacaq
FIFA-nın Məsləhət Şurası cari ildə keçirilməsi nəzərdə tutulan futzal üzrə dünya çempionatının vaxtında dəyişiklik etməyib.

Azsport.az FIFA-ya istinadla xəbər verir ki, çempionat sentyabrın 12-dən oktyabrın 3-dək Litvada təşkil olunacaq. Çempionatın bütün iştirakçıları hələ ki müəyyənləşməyib.

Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsi çərçivəsində Xorvatiya, Rusiya və Slovakiya komandaları ilə qarşılaşıb. Xorvatiya komandasına məğlub olsa da (0:2), şimal qonşularımızı 4:3 hesabı ilə məğlub edən Azərbaycan seçməsi sonuncu oyununda Slovakiya ilə heç-heçə edib – 3:3. Hesabında 4 xal olan millimiz qrupda üçüncü olub və dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

Xəbər 513 dəfə oxundu.