“Qalatasaray”ın məşqçisi Hasan Şaş klubdan ayrılıb
İstanbulun “Qalatasaray” futbol klubunun məşqçisi Hasan Şaş komandadan ayrılıb.

Bunu Türkiyə millisinin sabiq üzvü özü açıqlayıb. “Twitter” hesabında bu barədə yazan məşqçi şəxsi istəyi ilə komandadan ayrıldığını bildirib.

Qeyd edək ki, futbolçu kimi 11 il (1998-2009-cu il) “Qalatasaray”da çıxış etmiş keçmiş yarımmüdafiəçi 2011-2013-cü illərdə komandanın məşqçisi olub. O, 2018-ci ildə yenidən “sarı-qırmızılar”a qayıdaraq baş məşqçi Fatih Terimin köməkçisi təyin edilib.

Xəbər 541 dəfə oxundu.