London olimpiadasına Kamran Məmmədov deyil, Həsən Əliyev aparılacaq
Bu Yay olimpiya oyunları ərəfəsində ölkə idmanında nadir hadisələrdən yaşanacaq: London-2012-yə öz zəhməti hesabına lisenziya qazanmış yunan-Roma güləşçisi Kamran Məmmədov deyil, ondan daha titillu olan həmkarı - Həsən Əliyev aparılacaq. İdman.com.az saytının əldə etdiyi məlumata görə, artıq sözü gedən məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası (AGF) da qərar verib. Məşqçilər korpusunun belə qərara gəlməsinə səbəb Kamranın gənc və yetərincə təcrübəsinin olmamasıdır. Həsənin dünya və Avropa çempionu titulunu daşıması işinə yarayıb və o, sparrinq mübarizəsiz «dördilliy»in ən böyk idman bayramına yollanacaq.

Nəzərinizə çatdıraq ki, belə hal bir dəfə yaşanıb. Amma o zaman vəziyyət mat fərqli olub. Dinarə Gimatova Afinada məşqdə zədələndiyinə görə, onu ehtiyat idmançı Anna Qurbanova əvəzləmişdi.

İndiki məsələyə oxşar məqam isə, Pekin oyunları ərəfəsində baş vermişdi. XXIX olimpiadaya 55 kq-da vəsiqə qazanmış Namiq Sevdimov oraya yollanmaq üçün, öz lisenziyasını müdafiə etməli olmuşdu. Çünki onun qarşısında müasir Azərbaycan güləşinin canlı əfsanəsi Namiq Abdullayev dayanırdı.

Söz vaxtına çəkər. 2008-ci ilin isti yay günlərində Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş FİLA-nın «Qızıl qran-pri» yarışının final mərhələsinin həlledici görüşündə o, 2000-ə yaxın tamaşaçının izlədiyi gərgin mübarizədə olimpiya çempionuna hər 2 hissədə püşkün hesabına qailb gəldi və yerini təsdiqlədi.

KAMRAN

Xəbər 1477 dəfə oxundu.