FIA Formula 1-də mövsümün iyulun 5-də Avstriyada start götürməsinə razılıq verib
Beynəlxalq Avtoidman Federasiyası (FIA) Formula 1-də mövsümün iyulun 5-də Avstriyada start götürməsinə razılıq verib.

Avstriya və Böyük Britaniya ardıcıl iki Qran-Pri keçirə biləcək. Yarışlar Avstriyada iyulun 5-də və 9-da, İngiltərədə isə həmin ayın 19-da və 23-də təşkil ediləcək.

FIA-nın tövsiyəsinə əsasən, bu ölkələrdə komandalar turnir üçün ayrılan xüsusi otellərdə məskunlaşacaq.

Qran-Prilərə jurnalistlər də buraxılmayacaq. Yarışı yalnız televiziya işçiləri işıqlandıra biləcək.

Xəbər 523 dəfə oxundu.