Voleybolçumuz Yuliya Kərimova “Azərreyl” ilə birillik müqavilə imzalayıb
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini reallaşdırıb.

Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.

Voleybolçumuz sonuncu mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunun heyətində keçirib.

Yeni mövsümdə ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl”, bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqaviləsini yeniləyib, slovakiyalı Romana Hudeçova ilə birillik anlaşma əldə edib.

Xəbər 491 dəfə oxundu.