Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlandı
Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.

Azsport.az-ın məlumatına görə, çempionat mayın 28-də qaldığı yerdən davam edəcək. Liqa XXI turdan təxirə salınmış "Orxus" - "Ranners" oyunu ilə start götürəcək. XXV turun qarşılaşmaları 29 may - 2 iyun tarixlərində keçiriləcək. Superliqaya iyulun 26-da yekun vurulacaq. 3 gün sonra isə UEFA Avropa Liqasına vəsiqə uğrunda görüş baş tutacaq.


Xəbər 465 dəfə oxundu.