“Makkabi” İsrail çempionatında çıxış etməyəcək
Basketbol üzrə Avroliqada mövsüm bərpa edilsə, “Makkabi” İsrail çempionatında çıxış etməyəcək.

Təl-Əviv klubu artıq məsələ ilə əlaqədar ölkənin İsrail Basketbol Federasiyasını məlumatlandırıb.

İsraildə pandemiya ilə əlaqədar yarımçıq qalan çempionat iyunun 20-də bərpa ediləcək və iyulun sonunda yekunlaşacaq. Avroliqa rəhbərliyi isə mövsümün davam etdirilməsilə bağlı mayın 24-də qərar verəcək. İndiki şəraitdə qitə yarışını iyulun 4-də bərpa etmək ehtimal olunur. Final görüşü isə həmin ayın 26-da keçiriləcək.

Xəbər 564 dəfə oxundu.