Şahmat üzrə onlayn turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turniri keçirilib.

Turnirdə ümumilikdə 80-ə yaxın şahmatçı iştirak edib. Yekun nəticələrə görə, oğlanlar arasında Allahverdi Həmidov, Elmar Qasımov, Əhmədağa Həşimov ilk üç yeri tutub. Məhluqə Zülfüqarlı, İnci Ələkbərli, Kamilla Balayeva qızlar arasında fərqləniblər.

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mqkafatlandırılıb.

Xəbər 554 dəfə oxundu.