Xorvatlar Balotellini təhqirin cavabını verəcəklər
Xorvatiyalı fanatlar italyan ulduz Mario Balotelliyə «meymun səsi» çıxardıqları üçün UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandıracaq. İdman.com.az saytının məlumatına görə, qitə futbol qurumunun rəsmiləri həmin hadisə ilə bağlı əllərində rəsmi dəlillərin olduğunu bildiriblər və bu nalayiq davranışın cəzasız qalmayacağını söyləyiblər.

Onların diqqətini meydana fişənglərin atılması da çəkib. Eyni zamanda, oyun zamanı meydana atılan bananla da bağlı münasibətin bildiriləcəyi gözlənilir. Bütün bunlar UEFA-nın irqçiliyə qarşı ciddi mübarizə aparmasının təzahürüdü. Ancaq görülən bütün tədbirlərə baxmayaraq, belə əməllərin qarşısını tam almaq mümkün olmur. Əksinə, qoyulan qadağalar və görülən tədbirlər bəzi qüvvələri və insanları bu cür qayda pozuntularına daha da sövq edir.

Balotelliyə gəldikdə, qitə çempionatından öncə o, oyun zamanı kimsə meydana banan atarsa onu döyəcəyini, irqçi hərəkətlərlə qarşılaşacağı andaca meydanı kimsədən soruşmadan tərk edəcəyini demişdi. Ancaq belə görünür, Mario xorvatlarla oyunda meydana atılan bananı görməyib.

Xəbər 1013 dəfə oxundu.