FIFA 100 milyon avro cərimə edilə bilər
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino məhkəməyə verilib. Məmur patent pozuntusunda ittiham olunur. Bunun üçün o, bir ildən dörd ilədək həbs, qurum isə 100 milyon avro cərimə ilə üzləşib.

“Azsport.az” saytı “Qazeta.ru”ya istunadla xəbər verir ki, iddiaçılar xüsusi bir sprey icad edən ixtiraçılardır. Belə ki, hakimlər bu spreyi oyun zamanı oyunçuların standart mövqelər oynamaları lazım olduğu sahəni, habelə "divar" üçün xətləri göstərmək üçün istifadə edirlər.

Bu atributu yaradanlar FIFA-dan pul təzminatı tələb ediblər. Lakin ofis ixtiraçıların qəzəbinə reaksiya verməyib. Nəticədə, şikayət Braziliyada məhkəməyə verilib. İddiaya yaxın vaxtlarda baxıla və qərar çıxarıla bilər.

Məhkəmə iddianı təmin edərsə, C.İnfantino bir ildən dörd ilədək müddətə həbs oluna bilər. FİFA isə 100 milyon avro cərimə ediləcək. Münaqişə artıq üçüncü ildir davam edir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində braziliyalı Qeyne Allemanye argentinalı Pablo Silva ilə birlikdə futbol hakimləri üçün “Spuny” adlı bir sprey hazırlayıb. Bu məhsulun mahiyyəti sadədir: hakim oyunçuların "standartlar" arasındakı məsafəni pozmamaları üçün sahədə xüsusi işarələr edir və bir dəqiqə ərzində sprey sadəcə yox olur.

İxtiraçılar bu sistemi demək olar ki, dərhal patentləşdiriblər. Çünki sonradan bu sprey Cənubi və Şimali Amerikada populyarlıq qazanıb və bu günə qədər aktiv olaraq istifadə olunur. Məhsullarını təqdim edən P.Silva və Q.Allemanye daha sonra FİFA-ya getməyə qərar veriblər. İxtiraçılar təşkilatın o vaxtkı vitse-prezidenti, argentinalı Julio Grondonla görüşdükdən sonra 2014-cü ildə Braziliyada keçirilən dünya kubokunda 300-ə yaxın belə sprey qutularının hakimlərə təhvil verilməsinə qərar verilib. Sprey "9-15 ədalətli oyun həddi" adlandırılıb. Bunun müqabilində FİFA-nın ixtiraçılara 50 milyon dollar köçürməsi razılaşdırılb.

Braziliya çempionatında istifadə olunan sprey özünü uğurla doğruldub. Bunun nəticəsində FİFA spreyi Avropa kuboku turnirlərində və milli qitə birinciliyində istifadə üçün Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim edib. Beləliklə, sprey digər beynəlxalq turnirlərdə də istifadə olunub.

2014-cü il iyulun 30-da Q.Allemanye və P.Silva ilə razılaşma əldə etmiş Y.Grondon vəfat edir. 2015-ci ildə FİFA-da yüksək səviyyəli korrupsiya qalmaqalı yaranır. Nəticədə, şöbənin bəzi üzvlərinə qarşı cinayət işləri açılır və bir sıra vəzifəli şəxslər futbol fəaliyyətindən kənarlaşdırılır. Bu səbəbdən federasiyanın o zamankı prezidenti Yozef Blatter istefa vermək məcburiyyətində qalır və onun yerinə C. İnfantino seçilir.

Bu hadisələrin fonunda FİFA sprey ixtiraçıları ilə bağladığı müqaviləni və buna görə vəd edilmiş 50 milyon dolların ödənişi barədə unudur.

2017-ci ildə Q.Allemanye agentliyin ona və P.Silvaya məhəl qoymadan davam edəcəyi təqdirdə ortaqların məhkəməyə şikayət edəcəyini söyləyib. Q.Allemanye müsahibəsində bildirib: “Tanıma axtarmıram, sprey icad etdiyimi artıq bütün dünya bilir. FİFA-nın hörmətini qazanmaq istəyirəm, bu pulla bağlı deyil, ədalət istəyirəm. Növbəti addım ixtiranın istifadəsinə qoyulan qadağanın tətbiqi olacaq”.

Artıq 2018-ci ildə sprey ixtiraçıları Braziliyanın birinci instansiya məhkəməsinə müraciət ediblər. Nəticədə FİFA-nın 2014-cü ildən indiyə qədər sprey istifadə olunduğu hər matç üçün 15.000 dollar ödəməli olduğu barədə qərar çıxardılıb.

Hazırada C.İnfantino və onun təşkilatını daha ciddi sanksiyalara səbəb ola biləcək yeni məhkəmə gözləyir. Bunun üçün sprey ixtiraçıları hətta Braziliyanın eks-prezidenti Lulu da Silvanı uğurla müdafiə edən vəkil Kriştiano Zanin Martinsi ilə müqavilə bağlayıblar.

Bəsti Sabirqızı

Xəbər 447 dəfə oxundu.