“Barselona”nın müdafiəçisi zədələnib
İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Samuel Umtiti zədələnib.

O, bugünkü məşq zamanı sağ ayağından zədə alıb. Hələlik 26 yaşlı müdafiəçinin bərpa müddəti məlum deyil.

Qeyd edək ki, S.Umtiti cari mövsümdə cəmi 11 matçda forma geyinib.

AZƏRTAC

Xəbər 642 dəfə oxundu.