Daha 3 futbolçunun koronavirus testi müsbət oldu
İspaniya futbolunda koronavirus pandemiyasına növbəti yoluxma halları müşahidə olunub.

Azsport.az saytının məlumatına görə, "Betis" klubunun 3 futbolçusunda bu xəstəliyin əlamətləri aşkarlanıb.

La Liqa təmsilçisinin oyunçularının testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. "Betis" rəhbərliyi məlumatı təsdiqləsə də, futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl İspaniya futbolunda 5 yoluxma olduğu açıqlanmışdı.


Xəbər 436 dəfə oxundu.